"Napoli" qolkiperiylə müqavilə uzatmaq istəyir

  • 17 Sentyabr 2024, 11:44

"Napoli" qapıçısı Aleks Meretlə yeni müqavilə imzalamaq istəyir.

Sportlife.az xəbər verir ki, 27 yaşlı qolkiperin hazırki sözləşməsi gələn ilin yayında bitir. Neapol klubu onu itirməyi düşünmür.

Meret 2018-ci ilin yayından "Napoli"də çıxış edir. O, klubda 182 oyuna çıxıb və bu görüşlərin 58-də qapısını qola bağlaya bilib.


Paylaş: