"Neftçi"nin sabiq baş məşqçisi: "Yolumu azdım"

  • 27 Mart 2025, 17:46

"Çelsi"də olarkən kokain qəbul etməyim karyeramın ən səhv addımı idi".

Sportlife.az xəbər verir ki, bunu "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu deyib.

2004-cü ilin sentyabrında dopinq testi onun qanında kokain aşkar edib. "Çelsi" rumıniyalı forvardla müqaviləyə xitam verib və o, 7 aylıq diskvalifikasiya edilib.

Mutu o vaxt tənha və kədərli olduğunu deyir: "Amma nə depressiya, nə də başqa bir şey hərəkətlərimə haqq qazandırmır. Kömək istəməliydim, amma bunu etmədim. Həyatda baş verənlərdən ibrət dərsi aldım və bu dərs məni daha yaxşı insan etdi - daha yetkin və özünü dərk edən bir insan. Bununla fəxr edirəm".

O, "Çelsi"nin narkotiklə bağlı siyasətinin sıfır dözümlülük olduğunu vurğulayır: "Mən bunu ədalətli hesab edirəm. Səhv etdim, yolunu azdım və bunun məsuliyyətini daşıdım. Yolumu azmışdım, bu cür həyata öyrəşməmişəm. Hazır deyildim. “Çelsi”yə şəxsi həyatımın təlatümlü vaxtında gəldim və bir çox bəhanələrin və yalanların əsiri oldum. Çox gənc və çox tənha idim".

Qeyd edək ki, Mutu 2003-2004-cü illərdə "Çelsi"nin üzvü olub. O, 2023-cü ildə "Neftçi"ni çalışdırıb, sonra isə Rumıniyada "ÇFR Kluj" və "Petrolul" komandalarının baş məşqçisi olub.


Paylaş: