“Qarabağ”ın sabiq futbolçusu vəfat etdi – 43 yaşında

  • 3 Avqust 2022, 15:55

Bakı “İnter”i (indiki “Şamaxı”) və “Qarabağ”ın keçmiş futbolçusu Andrey Rubin dünyasını dəyişib.

Sabiq yarımmüdafiəçi 43 yaşında, qəflətən vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.

Latviya millisinin aparıcı futbolçularından olmuş Andrey Rubin 2008-2010-cu illərdə “İnter”də, 2010-2011-ci illərdə “Qarabağ”da çıxış edib. Onun sonuncu komandası 2011/12 mövsümündə formasını geyindiyi “Simurq” olub. Yarımmüdafiəçi AÇ-2000-də iştirak edən Latviya millisinin heyətində yer alıb.

Rubin son olaraq ölkəsində “Oqre” klubunda köməkçi məşqçi işləyirdi.


Paylaş: