“Rapid” – “Neftçi” matçının hakimləri açıqlandı

  • 2 Avqust 2022, 14:15

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Vyana, Avstriya) – “Neftçi” oyununun hakimləri açıqlanıb.

Avqustun 11-də baş tutacaq cavab matçını norveçli ədalət təmsilçiləri idarə edəcək.

Qarşılaşmanın baş hakimi Rohit Saggi olacaq. Ona Geir İsaksen və Morten Yensen kömək edəcək. Dördüncü hakim funksiyasını Sivert Oksnes Amland yerinə yetirəcək.

“Veststadion”da keçiriləcək “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.


Paylaş: