"Şamaxı" braziliyalı müdafiəçiyə təklif göndərdi

  • 29 İyun 2024, 18:17

"Şamaxı" transfer çalışmalarını davam etdirir.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi braziliyalı müdafiəçi Alan Diasa təklif göndərib. Tərəflər arasında bir müddətdi danışıqlar davam etsə də, hələlik razılıq əldə olunmayıb.

Buna səbəb futbolçunun "Şamaxı"nın təklif etdiyi maaşla razılaşmamasıdı. Bölgə təmsilçisi Diasa aylıq 4 min dollar önərsə də, müdafiəçi 8 min tələb edir.

Bu səbəbdən də razılıq əldə oluna bilmir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Xatırladaq ki, müdafiəçi son olaraq Bolqarıstanın "Loko Sofia" klubunda çıxış edib.


Paylaş: