Sərxan Hacıyev AFFA prezidentindən Elxan Məmmədovun adamının xahişini etdi

  • Bu gün, 16:47

Ötən mövsüm hakimlərlə bağlı yaranan narazılıq yeni AFFA rəhbərliyini hərəkətə keçirib. Daha öncə Hakimlər Komitəsində departament rəhbəri olan Cavid Cəlilovun bu vəzifədən getdiyini xəbər vermişdik.

Onun ötən mövsümkü nöqsanları həm departamentdəki vəzifəsindən getməyə, həm də birbaşa karyerasına təsir edə bilərmiş. Belə ki, yeni rəhbərlik Cəlilovun bir daha hakimlik etməsini istəməyib. Ədalət təmsilçisinin işindən ciddi narazılıq var.

Ancaq Cavid Cəlilov bütün bunlara rəğmən, yenə də oyunlara təyinat alacaq. Belə ki, Sərxan Hacıyev Rövşən Nəcəfdən Elxan Məmmədovun adamı sayılan Cəlilovun xahişini edib. Onun departament sədrliyindən uzaqlaşdırılsa da, hakimliyə davam etməsi üçün federasiya rəhbəri ilə görüşüb.

Hacıyev qurum rəhbərini inandıraraq, növbəti mövsümdən Cəlilovun performansı ilə bağlı ona təminat verib.

Adıçəkilən şəxslərin və tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Sportlife.az


Paylaş: