![](https://sportlife.az/storage/xeber/01J3E251N6K8XX1TA01VPGNF5M.jpg)
Səudiyyə Ərəbistan klubu və "Mançester Siti" razılığa gələ bilmir
"Əl-İttihad" Ederson transferi üçün "Mançester Siti" ilə razılığa gələ bilmir.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "şəhərlilər" braziliyalı qolkiper üçün 50-60 milyon avro tələb edir. Səudiyyə Ərəbistan klubu isə bu məbləği ödəməyi düşünmür. Tərəflər arasında danışıqlar davam edəcək.
Ederson klubdan ayrılsa, "Mançester Siti"nin əsas qolkiperi Ştefan Orteqa olacaq.