“Qəbələ”nin 2 futbolçusu zədəlidir

“Qəbələ”nin 2 futbolçusu zədəlidir

  • 21 Noyabr 2023, 17:00

Premyer Liqada milli komanda ilə bağlı yaranan fasilədə “Qəbələ” oyun hazırlıqlarını Bakıda davam etdirib.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı Sportlife.az-a bildirib. O, komandanın heyətindəki vəziyyətlə bağlı bunları deyib:

“Futbolçularımız sabah Qəbələyə yola düşəcək. Hazırda Feras Abu Akal və Emil Səfərov bərpa prosesi keçirlər. Qalan bütün futbolçuların durumu yaxşıdır”.

Qeyd edək ki, Premyer Liqanın 14-cü turu çərçivəsində “Qəbələ” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq.


Paylaş: