
Yekun qərarını verdi - "Neftçi"dən ayrılır!
Yeqor Boqomolskinin mövsümün sonunda "Neftçi"dən ayrılma ehtimalı yüksəlib.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, belaruslu futbolçuya artıq bir neçə klubdan təklif var. O, ən münasib variantı dəyərləndirdikdən sonra qərarını verəcək.
25 yaşlı hücumçu "Neftçi"də az oynadığı üçün başqa kluba keçməyin əleyhinə deyil. Artıq baş məşqçi Samir Abasov da onu komandada görmək istəmir.
Qeyd edək ki, Yeqor Boqomolski "Neftçi"yə 2022-ci ilin yayında keçib.