
"Zirə"nin legioneri millidə qol vurdu
“Zirə”nin futbolçusu İssa Cibrillanın çıxış etdiyi Niger yığması yoxlama oyunu keçirib.
Sportlife.az xəbər verir ki, sözügedən komanda Bonayr ilə qarşılaşıb.
Matç Nigerin böyükhesablı qələbəsi ilə başa çatıb – 6:0.
Cibrilla oyuna start heyətdə başlayıb və ikinci hissədə əvəzlənib. O, matçın 4-cü dəqiqəsində komandasının birinci qolunu vurub.