Mikayıl Cabbarov: “Millimiz dünya çempionatında tarixi uğura imza atdı”

Mikayıl Cabbarov: “Millimiz dünya çempionatında tarixi uğura imza atdı”

  • 25 Sentyabr 2023, 10:40

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov tviter səhifəsində paylaşım edib.

Sportlife.az xəbər verir ki, qurum rəhbəri komanda hesabında dünya çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının uğurunu xüsusi vurğulayıb:

“Belqradda keçirilən güləş üzrə dünya çempionatında millimiz tarixi uğura imza atıb. Yunan-Roma güləşi üzrə 2 qızıl və 3 gümüş medal qazanan pəhləvanlarımız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olublar. Azərbaycan güləşini zirvələrə aparan, ölkəmizi layiqincə təmsil edən güləşçilərimizə və məşqçi heyətinə təşəkkür edir, təbriklərimizi çatdırır və daimi nailiyyətlər arzulayırıq”.

Qeyd edək ki, mundialda Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medala yiyələniblər.


Paylaş: