Azərbaycan klubunda yeni baş məşqçi
Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının baş məşqçisi vəzifəsinə Sergey Kambur təyin edilib.
Sportlife.az xəbər verir ki, belaruslu mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Müzakirələrdən sonra “Qarabağ” klubunun baş məşqçisi Gülnarə Nağıbəyova birinci köməkçi məşqçi vəzifəsinə gətirilib.