Gənc hakimlərimiz Avropa Həndbol Federasiyasının seminarına qatılacaqlar
Təmsilçilərimiz Ləman Həmidova ilə Aydan Hüseynova Avropa Həndbol Federasiyasının gənc hakimlər üçün təşkil etdiyi seminara dəvət alıblar.
Sportlife.az ki, Azərbaycan Yüksək Liqasının hakimləri aprelin 5-dən 12-dək Çexiya paytaxtı Praqada keçiriləcək seminara qatılacaqlar.
Yeniyetmələr arasında beynəlxalq turnir çərçivəsində təşkil olunacaq seminarda fərqlənən hakimlər EHF-in növbəti seminarlarında iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, beynəlxalq seminar fiziki testlər, oyun qaydaları və hakimlik metodikası üzrə keçiriləcək.