Hakimlərimiz Avropa çempionatında

  • 15 Oktyabr 2025, 10:00

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) təyinat alıblar.

Sportlife.az AHF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsinin Serbiya - Litva qarşılaşmasını idarə edəcəklər.

Oyun oktyabrın 16-da Belqradın "Voydovaç" İdman Mərkəzində keçiriləcək.


Paylaş: