“Cəbrayıl” I Liqaya yüksəldi
Azərbaycan I Liqasını 10-cu sırada başa vuran “Araz Saatlı” ilə II Liqanın ikinci yerdə bitirən “Cəbrayıl” üz-üzə gəlib.
Sportlife.az xəbər verir ki, 2024/2025 mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ikinci görüşü Saatlıdakı Olimpiya Kompleksinin stadionunda baş tutub.
Görüş "Cəbrayıl" kollektivinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk oyunda da 2:0 hesabı ilə qalib gələn Cavid Hüseynovun komandası yeni mövsümdən etibarən 1-ci Liqada iştirak etmək hüququ qazanıb.
“Araz Saatlı” isə 2024/2025 mövsümündə II Liqada mübarizə aparacaq.