
"Çelsi" danışıqlara başladı
"Çelsi" Malik Fofananın transferi ilə bağlı "Lion"a şifahi müraciət edib.
Sportlife.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Fransa təmsilçisinin nümayəndələri ilə əlaqə saxlasa da, 20 yaşlı belçikalının alınması üçün hələlik konkret təklif yoxdur.
Fofana ötən mövsüm "Lion"da 41 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına kimidir. Dəyəri 30 milyon avro qiymətləndirilir.