Karateçimiz beynəlxalq turnirdə gümüş medal əldə etdi

  • 25 Fevral 2023, 11:36

Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirində Azərbaycan millisinin karateçisi Rumil Cəfərli ikinci yeri tutub. 

 

76 kq çəki dərəcəsində çıxış edən gənc idmançı yalnız finalda rəqibinə məğlub olaraq, gümüş medal qazanıb.

Daha öncə U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) gümüş medal əldə edib.

Qeyd edək ki, turnir fevralın 26-dək davam edəcək.


Paylaş: