
AFFA-nın manipulyativ təbliğatı
Azərbaycan futbolunun rəhbərləri çirkin manevrlərə əl atıb. Onlar əvvəlkilərin “troll ordusu” vasitəsilə təzyiqlərdən yayınmaq və süni balans yaratmaq strategiyasını da aşaraq daha biabırçı bir üsul tapıblar. Yenilər sosial şəbəkələrdəki futbol səhifələrindən istifadə edərək Fernandu Santuşu və milli futbolçuları hədəfə aldırmaqla tənqidlərdən yayınırlar. Məqsədli və yönləndirilmiş təbliğat!
Santuş və milli futbolçular AFFA-nın “çirkli” təbliğatının qurbanına çevrilir. Bu da yeni AFFA rəhbərliyinin yeni metodudur...
AFFA rəhbərliyi futbol mühiti ilə əlaqə yaratmaq, yeniliklər tətbiq etmək əvəzinə sosial şəbəkə səhifələrində manipulyativ mühit yaradır. Santuş və futbolçular hədəfə alınır, həqiqi məsul şəxslər isə kənarda qalır...
Mirələm HƏSƏNLİ