
Balakişi Qasımov Elxan Məmmədovun yolu ilə
AFFA-nın vitse-prezidenti Balakişi Qasımov haqqında səslənən xoş fikirlər çoxdur, amma tutduğu istiqamət təəssüf ki, xoş deyil. Onun futbol federasiyasında əsas söz sahibi olduğu bir dönəmdə ortaya qoyduğu yanaşma Elxan Məmmədovun taktikasından fərqlənmir.
Məmmədov dövründə "CBC Sport" vasitəsilə milli komandanın uğursuzluqları zamanı hədəf yayındırılır, günah futbolçulara və məşqçilərə yüklənirdi. İndi də Balakişi bəy eyni taktika ilə oyun qurub. Rəhbərlik etdiyi İTV və təsir edə bildiyi "CBC Sport" vasitəsilə yenidən günahkar obrazı formalaşdırılır - bu dəfə hədəfdə Santuş və futbolçulardır. İdarəetmədəki real problemlər isə toxunulmaz olaraq qalır və heç vaxt sual altına alınmır.
Ən maraqlısı isə odur ki, Elxan Məmmədov dövründə məhz İTV vasitəsilə AFFA rəhbərliyi kəskin tənqid olunurdu. İndi nə baş verir? Görünür, eyni televiziya Balakişi Qasımovun rəhbərliyi altında bir növ AFFA rəhbərliyinin təbliğat platformasına çevrilib.
Mirələm HƏSƏNLİ