Rövşən Nəcəf, "loading" ?

  • 23 Mart 2025, 19:11

Azərbaycan futbolunda daha bir dəyişməz "ənənə" təkrarlandı. U-17 millimiz qrupda qaldı. 

Bu, həm də Rövşən Nəcəf və komandasının geridə qoyduğu bir ilin nəticəsidir. Heç bir irəliləyiş, inkişaf və ya inkişafın əlamətləri yoxdur.

Eyni bərbad vəziyyət. Geriləmə davam edir. Bir sözlə, hər şey əvvəlki kimi, "davam edən ənənə"yə uyğun şəkildə irəliləyir. 

Futbolumuzun gözləntiləri isə hələ də "loading" mərhələsindədir... (?)

Mirələm HƏSƏNLİ 


Paylaş: