"Abbasovun "Şamaxı" və millidə balans yaratması çətin olacaq"

  • 24 Mart 2025, 18:16

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində Moldova yığmasına qarşı keçirdiyi ilk yoxlama matçında (2:0) qalib gəlib.

Azərbaycan millisinin keçmiş futbolçusu Təbriz Həsənov Sportlife.az saytına açıqlamasında yığmanın qələbəsinə münasibət bildirib:

"Təbii ki, bu, sevindirici haldır. İstənilən yığmamızın qələbə qazanması bizi sevindirir. Yeni baş məşqçi ilə ilk qələbə komanda ruhu üçün çox önəmli idi. U-21-dən rəsmi oyunlarda da qələbələr gözləyirəm".

O, U-21 millisinə yeni təyinat almış Ayxan Abbasova uğurlar arzu edib: "Abbasovun uğurlu olub-olmamasını zaman göstərəcək. "Şamaxı" və milli komandada balans yaratması çətin olacaq. Amma Ayxan yaxşı və təcrübəli məşqçidir. "Şamaxı"dakı nəticələrini, təbii ki, uğurlu hesab edirəm. Biz də məşqçinin hər iki tərəfdə uğurlu olmasını istəyərik. Ayxan Abbasova uğurlar arzu edirəm".

Akif ƏHMƏDOV


Paylaş: