Azərbaycan millisinin heyətində dəyişiklik

  • 7 Oktyabr 2024, 09:50

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Sportlife.az xəbər verir ki, millimizin futbolçusu Elvin Camalov klubu “Sabah”ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb.

Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev yığmaya dəvət alıb.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq


Paylaş: