
Millimiz Belarusla da bacarmadı
Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.
Sportlife.az xəbər verir ki, rəqib Belarus yığması olub.
Masazır qəsəbəsindəki "Bank Respublika Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Gürcüstandan olan hakimlər briqadasının idarə etdiyi matçda hesabı 59-cu dəqiqədə cərimə zərbəsindən sonra Pavel Zabelin açıb. 78-ci dəqiqədə isə meydana yenicə daxil olan Nikita Demçenko Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin kobud səhvindən sonra qapıçı ilə təkbətək qalaraq, yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, millimiz 3 gün öncə yoldaşlıq matçında Haiti seçməsinə 3 cavabsız qolla uduzub.