
"Qalatasaray"ın futbolçuları millimizdə
Qadınlardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqroya qarşı keçirəcəyi oyun üçün heyəti bəlli olub.
Sportlife.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 24 futbolçuya dəvət göndərib.
Komanda təlim-məşq toplanışına fevralın 15-də başlayacaq.
Milli fevralın 21-də "Liv Bona Dea Arena"da Monteneqronu qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.
Millinin heyəti: Nərgiz Əliyeva, Yeliz Acar, Əsra Manya (hamısı “Fatih Vətən”, Türkiyə), Günay İsmayılova, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Xanım Əsədova, Alina Nəhmədova (hamısı “Neftçi”), Firuzə Bayramova (“Dinamo Balakən”), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Kamilla Məmmədova (klubsuz), Jalə Məhsimova (“Amedspor”, Türkiyə), Nazlıcan Parlak, Kristina Bakarandze (hər ikisi “Qalatasaray”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Ayşən Əhmədova, Milana Rəhimova (hər ikisi “Ünyespor”, Türkiyə), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Rubin”, Rusiya), Aysun Muradova “Gölbaşı Bələdiyəspor”, Türkiyə).