"Azərbaycan çempionatında hər oyun finala bənzəyir" - MÜSAHİBƏ

  • 15 Aprel 2024, 13:16

“Sumqayıt”ın yaponiyalı yarımmüdafiəçisi Masaki Muratanın Sportlife.az saytına müsahibəsini təqdim edirik.

"Zirə" ilə oyunda qələbə üçün nə çatmadı?

- Rəqibiniz heç-heçəyə oynayanda udmaq çətindir. Onlar Sumqayıt stadionunda oynamağa gəlmişdilər. Hələ qarşıda kubok oyunu var. Məncə “Zirə” heç-heçəyə layiq idi.

İkincilik yolunda əsas rəqibiniz hansı komandadır?

- Demək olar ki, bütün komandalar əsas rqibdir. Komandalar arasında xal fərqi çox azdır. Azərbaycan çempionatında hər oyun finala bənzəyir.

Səncə, "Sumqayıt" mövsümü neçənci yerdə bitirəcək?

- Bunu deyə bilmərəm. Yalnız növbəti oyuna fokuslanmalıyıq.

Növbəti oyun üçün Tovuza getməli olacaqsınız. Səncə Tovuzda "Turan Tovuz"la oynamaq çox çətin olur?

- Düşünürəm ki, bu, belədir. Onlara qarşı oynamaq çox çətindir. Çox aqressivdirlər və meydançaları süni örtüklüdür. Onlar öz keyfiyyətlərini bilirlər və onlara uyğun oynayırlar. Biz buna tam hazır olmalıyıq.

Premyer Liqada oynayan yeganə yaponiyalısan. Ümumiyyətlə Azərbaycanda oynamaq necə hissdir?

- Bu, çox maraqlı çempionatdır. Hər komandanın öz xüsusiyyətləri var və çox rəqabət var. Ümid edirəm ki, gələcəkdə bir neçə yaxşı yapon futbolçu Azərbaycanda oynayacaq.

Konfrans Liqasına vəsiqə qazanmağa yaxınsınız. Səncə, "Sumqayıt" Avropada oynamağa hazırdır?

Latviyanın “Valmiera” klubunda olarkən Konfrans Liqasında iki oyun keçirmişdim. Buna görə Konfrans Liqası haqqında çox şey bilmirəm. Düşünürəm ki, orada oynamaq həm oyunçular, həm də klub üçün əladır. Buna görə də mövsümün sonuna qədər mübarizə aparacağıq.

Qulammirzə Səfərli


Paylaş: