"Qarabağ" heç də zəif klub deyil" - MÜSAHİBƏ

"Qarabağ" heç də zəif klub deyil" - MÜSAHİBƏ

  • 15 Fevral 2024, 17:24

“Kəpəz”in portuqaliyalı qapıçısı İqor Rodriqesin Sportlife.az saytına müsahibəsini təqdim edirik:

"Braqa" - "Qarabağ" oyunu haqqında düşüncələrin nədir?

- Maraqlı oyun keçəcəyini düşünürəm. "Braqa" Portuqaliyanın ən güclü klublarından biridir. Lakin "Qarabağ"ın Avropa Liqasındakı klublara qarşı layiqli mübarizə apardığını dəfələrlə görmüşük.

Hansı komandanı cütün favoriti hesab edirsən?

- "Braqa"nın Avropa təcrübəsinin daha böyük olduğunu nəzərə alaraq şansının yüksək olduğunu düşünürəm. Bununla belə "Qarabağ" heç də zəif klub deyil. Əminəm ki, öz güclərini göstərməyə çalışacaqlar.

"Qarabağ", yoxsa "Braqa"nın növbəti mərhələyə yüksəlməsi səni sevindirər?

- Mənim üçün turun kimin keçəcəyi böyük əhəmiyyət kəsb etmir. Kim güclüdürsə, o da qalib gəlsin. Son söz yaşıl meydanda deyiləcək.

Futbolçu kimi "Braqa"ya qarşı meydana çıxmısan?

- "Braqa"ya qarşı oynamışam. "Sportinq Kovilya" klubunun heyətində çıxış edərkən Portuqaliya Kubokunun oyunu çərçivəsində qarşılaşmışdıq. Həmin vaxt iki oyunun nəticəsinə görə "Braqa" qalib gəlmişdi.

"Braqa"dan şəxsən tanıdığın futbolçular var?

- "Braqa"dan tanıdığım futbolçu yoxdur.

Futbolçu kimi "Qarabağ"a qarşı forma geyinmisən. Səncə, bu komandanı Avropanın ortabab klublarından hesab etmək olar?

- Əlbəttə. Əgər Avropa Liqasının pley-off mərhələsinə yüksəliblərsə, deməli, xoş sözlərə layiqdirlər. "Qarabağ" güclü komandadır.

 

Hidayət Qurbanov


Paylaş: