Millimiz Dünya Kubokunun finalına yüksəldi
Bu gün Özbəkistanın paytaxtı Daşd şəhərində qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunda qadınların komanda yarışında üzrə qaliblər müəyyənləşəcək.
Sportlife.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ilk görüşdə Kanada yığmasına 45:38 hesabı ilə qalib gələrək ən güclü 8-liyə yüksəlib.
Millimi komandamız 1/4 finalda Fransa millisi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdən 45:44 hesabı ilə qalib ayrılaraq yarımfinala çıxıb.
Qadın sablyaçılarımız yarımfinalda Macarıstan yığmasını 45:37 hesabı ilə üstələyib. Komandamız həlledici final görüşündə Bolqarıstan sablyaçıları ilə üz-üzə gələcək.