U-17 millimiz qrup sonuncusu oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.
Sportlife.az xəbər verir ki, Füzuli Məmmədovun komandası Lüksemburqu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Millinin qolunu 51-ci dəqiqədə Tuncay Əhmədov vurub.
İlk matçda Serbiyaya 1:5, 2-ci oyunda Sloveniyay 0:3 hesabı ilə uduzan Azərbaycan yığması 1 xalla qrup sonuncusu olub. 1-ci yeri Serbiya (7 xal), 2-ci yeri Sloveniya (5 xal), 3-cü yeri isə Lüksemburq (2 xal) tutub.