Ramil Quliyev Brilliant Liqanın qalibi oldu
Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Brilliant Liqada 200 metr məsafəyə qaçışda qalib olub.
Sportlife.az xəbər verir ki, 28 yaşlı idmançı Norveçin paytaxtı Osloda təşkil olunan yarışın 5-ci mərhələsində 19.90 saniyə ilə bütün rəqiblərini geridə qoyub.
Kanadalı Aaron Braun 19.98 saniyə ilə ikinci, trinidad və tobaqolu Cerim Riçards isə 20.19 saniyə ilə üçüncü olub.
Qeyd edək ki, Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda dünya çempionu olub.