Qarabağdan növbəti qələbə

Qarabağdan növbəti qələbə

  • 18 Fevral 2018, 19:40

Topaz Premyer Liqasında 16-cı tura yekun vurulub. Sportlife.az xəbər verir ki, turun qapanış matçında son çempion və lider “Qarabağ” debütant “Səbail”lə münasibətlərinə aydınlıq gətirib.

Oyunun taleyini bir qol həll edib. Ağdam klubu çempionatın debütantını bu dəfə də xalsız qoyub.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sumqayıt” evdə “Neftçi”yə 2:0, “Qəbələ” “Zirə”yə 2:1, “Keşlə” isə səfərdə “Kəpəz”ə 1:0 hesabıyla qalib gəlib.

Topaz Premyer Liqası
16-cı tur
18 fevral (bazar)

“Səbail” – “Qarabağ” 0:1
Qol: M.Mədətov, 51.
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid Əliyev, Əliyar Ağayev.
Bakı. "Bayıl Arena".

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 11. Elman Taqayev, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 10. Nurlan Novruzov, 21. Murtuz Abakarov, 66. Pərviz Qaraxanov, 13. Faruk Miya, 99. Maudo Jarjue, 20. Eltun Yaqublu.
Baş məşqçi: Samir Əliyev.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 89. Nicat Mehbalıyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.


Paylaş: