Böyük Dəbilqə turnirinə 7 cüdoçu ilə

Böyük Dəbilqə turnirinə 7 cüdoçu ilə

  • 8 Fevral 2018, 15:50

Fransanın paytaxtı Paris şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçiriləcək. Sportlife.az xəbər verir ki, fevralın 10-u start götürəcək mötəbər turnirdə Azərbaycan cüdoçuları da mübarizə aparacaq.

Baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında 7 cüdoçumuz medallar uğrunda yarışacaq.

İki gün davam edəcək “Böyük Dəbilqə” turnirində ölkəmizi Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Əbdülhəqq Rəslullu (90 kq), Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (+78 kq) təmsil edəcək.

Qeyd edək ki, beynlxalq yarışda 73 ölkədən 429 idmançı (248 kişi, 181 qadın) mübarizə aparacaq.


Paylaş: