Danimarka yığmasında böhrana son qoyuldu
Danimarka futbolunda yaşanan qalmaqal nisbətən səngiyib.
Sportlife.az xəbər verir ki, Danimarka Futbol Federasiyası futbolçularla müvəqqəti razılıq əldə edib. Sentyabrın 9-da UEFA Millətlər Liqası çərçivəsində Uelslə keçiriləcək oyuna əsas heyətin üzvləri çıxacaq.
Qeyd edək ki, futbolçularla federasiya arasında münaqişə imicdən istifadəyə görə yaranıb. Futbolçular imicləri ilə bağlı məsələdə federasiyanın yox, özlərinin istədikləri sponsorla müqavilə bağlamaq istəyirlər.
Bu münaqişə ucbatından Slovakiya ilə oyun boykot edilmişdi. Federasiya məcbur qalaraq, meydana yarımhəvəskar futbolçuları və futzalçıları buraxmaq məcburuyyətində qalmışdı. Danimarka yığması həmin oyunda 0:3 hesabıyla məğlub olmuşdu.