Trabzonsporun futbolcusu Qebelede oynamaga raziliq verecekmi? , azerbaycan idmani baku turkiye futbolunda sampiyonlar ligi

Trabzonsporun futbolçusu Qəbələdə oynamağa razılıq verəcəkmi?

  • 24 May 2017, 13:50

"Qəbələ" "Trabzonspor"dan futbolçu transfer edir. Sportlife.Az xəbər verir ki, Türkiyə mətbuatı Luis İbanezin bölgə təmsilçisi ilə anlaşmağa yaxın olduğunu yazıb.

 

Məlumata görə, Qara dəniz təmsilçisinin baş məşqçisi Ersun Yanal argentinalı müdafiəçini yeni mövsümdə komandada görmək istəmir. "Trabzonspor" Luis İbanezi bir illik icarəyə verəcək. "Qəbələ" türklərə buna görə icarə haqqı ödəməyəcək.

 

Qeyd edək ki, əvvələr Argentinanın "Boka Xuniors", "Rasinq", Xorvatiyanın "Dinamo" (Zaqreb) və Macarıstanın "Qyor ETO" klublarında top qovan Luis İbanez "Trabzonspor"a Serbiyanın "Srvena Zvezda" klubundan 1,4 milyon avroya transfer edilib.


Paylaş: