Azərbaycanlı idmançı Premyer Liqanin qalibi olub, Almaniyanin Leypsiq seherinde kecirilen Premyer Liqa turnirinin qalibi olub

Azərbaycanlı idmançı Premyer Liqanın qalibi olub

  • 10 Sentyabr 2017, 22:47

Karateçimiz Ayxan Mamayev (-84 kq) Almaniyanın Leypsiq şəhərində keçirilən Premyer Liqa turnirinin qalibi olub.

Sportlife.az xəbər verir ki, o, Dünya Karate Federasiyasının (WKF) nüvu üzrə Karate 1 seriyasından olan yarışda 7 görüş keçirib. 

Mamayev birinci tatamidə Jang Min Soo (2-0, Cənubi Koreya), Limon Canedo (5-0, Meksika), Georgios Çanos (Yunanıstan, 4-3), Vu Çun-Vey (4-0, Taypey) İlya Qranovesov (2-1, Rusiya), yarımfinalda isə Valeri Çobatarla (2-2, Macarıstan) görüşlərini qələbə ilə başa vurub. Finalda daha bir rusiyalı idmançı, azərbaycan əsilli Aleksandr Əliyevlə görüş isə karateçimizin 6-0 hesablı tam üstün qələbəsi ilə başa çatıb. 

Ayxan Mamayevin mövsümün son Premyer Liqa turnirində bu qızıl medalı, onun dünya reytinq cədvəlinin ikinci pilləsindəki mövqeyini daha da möhkəmlədib. Maliyyə çətinliyi üzündən milli komandanın digər üzvləri Almaniyada mötəbər yarışda iştirak edə bilməyiblər. Premyer Liqada 87 ölkədən 1384 idmançı mübarizə aparıb.


Paylaş: