Rafael Ağayev yenə ÇEMPİON OLDU

Rafael Ağayev yenə ÇEMPİON OLDU

  • 19 Fevral 2018, 12:10

Rafael Ağayev növbəti uğuruna imza atıb.

Sportlife.az xəbər verir ki, idmançımız Dubayda keçirilən mötəbər Karate 1 Premyer Liqa turnirində iştirak edib.

75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. İdmançı finalda macarıstanlı Qabor Harspatakini məğlub etməklə qızıl medalçı olub.

Millimizin digər üzvləri - Ayxan Mamayev (-84 kq) və Nuranə Əliyeva (-50kq) isə bürünc medal qazanıblar.  

2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılıb.


Paylaş: