Ağır atletika üzrə ən güclülər müəyyənləşir

  • 25 Fevral 2024, 11:13

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub.

Sportlife.az xəbər verir ki, turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.

Oğlanlar arasında 49, 55, 61 və 67 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Bu çəkilərdə müvafiq olaraq 140 kq (60+80) nəticə ilə Əlimehti Hüseynov, 196 kq (88+108) nəticə ilə Kamran Xappayev, toplam 202 kq (91+111) nəticə ilə Orxan Kərimov və toplam 217 kq (101+116) nəticə ilə Turan Əliyev qızıl medala sahib çıxıblar.


Paylaş: