Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində mübarizə apardı

  • Bu gün, 14:12

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa birinciliyində mübarizə aparıb.

Sportlife.az xəbər verir ki, 17 yaşadək idmançılar arasında, 81 kq çəki dərəcəsində qüvvəsini sınayan atlet 8-ci olub.

Heydərov toplam 271 kq-ın (126+145) öhdəsindən gəlib.

Qeyd edək ki, daha əvvəl Aslan Əmiraslanov (U-15, 89 kq) üç qızıl, İsa Əliyev (U-15, 73 kq) iki qızıl, bir gümüş, Elman Kurdanov (U-15, 67 kq) iki gümüş, bir bürünc, Nuray Əbilova (U-15, 40 kq) gümüş medal əldə edib.


Paylaş: