Kata üzrə ölkə birinciliyi keçiriləcək

  • 17 Aprel 2024, 13:06

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ölkə birinciliyi keçiriləcək.

Sportlife.az xəbər verir ki, 18 yaşa qədər yeniyetmələr arasında yarış mayın 1-də cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.

Cüdoçular yalnız katanın “Nage no Kata” növündə fəndləri nümayiş etdirəcəklər. Katanı göstərəcək cütlər iki oğlan, iki qız və ya bir oğlan və bir qızdan ibarət ola bilər.


Paylaş: