De Blekere Avropa Liqasında
AFFA-nın baş katibi Cahangir Fərəcullayevin beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə müşaviri Frank De Blekere beynəlxalq təyinat alıb.
Sportlife.az xəbər verir ki, belçikalı funksioner UEFA Avropa Liqasının əsas mərhələsində VII turun "Zalsburq" (Avstriya) - "Bazel" (İsveçrə) matçının hakim-inspektoru olacaq.
O, Anastasios Papapetrunun rəhbərlik etdiyi yunanıstanlı hakimlər briqadasının işinə qiymət verəcək.
Qeyd edək ki, yanvarın 22-də Zalsburq şəhərindəki "Red Bull Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.