Növbəti potensial rəqib

  • Dünən, 15:50

UEFA Avropa Liqasında 2025-26 mövsümündə Azərbaycanı təmsil edəcək komandanın daha bir potensial rəqibi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Sloveniya klubu “Tselye” turnirin I təsnifat mərhələsində ölkəmizə səfər edə bilər.

“Tselye” ilə yanaşı, Macarıstanın “Paksi” klubunun da səbəti bəlli olub. “Selye” püşkatma zamanı səpələnmişlərdə, “Paksi” ilə səpələnməmişlərdə yer alacaq. Daha əvvəl isə “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Polşa) və ÇFR-in (Rumıniya) güclülərin sırasında qərarlaşacağı bilinirdi. Bununla təmsilçimizin potensial rəqibinin sayı 4-ə çatıb.

Qeyd edək ki, ölkəmizi Avropa Liqasında ya “Zirə”, ya da “Sabah” təmsil edəcək. I təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 17-də keçiriləcək.


Paylaş: