"Sabah" Sloveniya klubunu keçsə...

  • Bu gün, 15:12

UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportlife.az xəbər verir ki, tədbirdə Azərbaycan Kubokunun sahibi "Sabah"ın potensial rəqibi məlum olub.

"Sabah" I təsnifat mərhələsində Sloveniya "Tselye"sini mübarizədən kənarlaşdıracağı təqdirdə, AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad, Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

İlk oyunlar iyulun 24-də, cavab görüşləri iyulun 31-də keçiriləcək.


Paylaş: