
Ulduz futbolçu üçün 40 milyon
Səudiyyə Ərəbistanının “Əl Əhli”, “Əl Nəsr” və “Əl Kadisiya” klubları “Tottenhem”in yarımmüdafiəçisi Son Xın Min transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, London təmsilçisi 32 yaşlı koreyalı ilə müqaviləni uzatmaq istəsə də, onun komandadakı gələcəyi hələ də müəmmalı olaraq qalır.
Qeyd edək ki, Səudiyyə klubları ulduz futbolçunun transferi üçün 40 milyon avro ödəməyə hazırdır.