"Fənərbağça"dan sürpriz transfer həmləsi

  • Bu gün, 17:33

"Fənərbaxça" "Real"la müqaviləsi başa çatan müdafiəçi Lukas Vaskesi azad agent kimi heyətinə qatmaq istəyir.

Sportlife.az xəbər verir ki, İstanbul klubu Brayt Osayi-Samuelin mümkün gedişindən sonra yeni sağ cinah oyunçusu axtarır.

Qeyd edək ki, Vaskes "Real"ın heyətində bütün turnirlərdə 399 oyun keçirib, 38 qol vurub və 73 məhsuldar ötürmə edib. O, Madrid komandası ilə 21 kubok qazanıb.


Paylaş: