
"Barselona"nı "Sevilya"ya dəyişir
"Sevilya" "Barselona"nın yarımmüdafiəçisi Pablo Torrenin transferində maraqlıdır.
Sportlife.az xəbər verir ki, 22 yaşlı futbolçu yay transfer pəncərəsində Kataloniya klubunu tərk etmək istəyir.
O, ötən mövsüm "Barselona"nın heyətində cəmi 14 matç keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Dəyəri 6 milyon avro qiymətləndirilir.