"Zirə"nin legioneri üçün daha bir müştəri

  • Bu gün, 13:15

“Zirə”nin futbolçusu Salifu Sumanın adı növbəti dəfə Rusiya klubları ilə birgə hallanır.

Sportlife.az xəbər verir ki, bu dəfə “Torpedo” qvineyalı hücumçu uğrunda mübarizəyə qoşulub.

“Legalbet.ru” saytının iddiasına görə, Moskva klubu 21 yaşlı ön xətt oyunçusunu heyətinə qatmaq niyyətindədir. Premyer Liqa təmsilçisi bununla bağlı tezliklə “Zirə” ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Salifu Suma ötən mövsüm “Zirə”nin heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 12 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: