ÇL: "Qarabağ"n rəqibi müəyyənləşdi

  • Bu gün, 14:16

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Qurban Qurbanovun komandası ilk təsnifat mərhələsində baş tutacaq "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) matçının qalibi ilə üz-üzə gələcək.

II raundda ilk görüş iyulun 22-də və ya 23-də, cavab qarşılaşması 29-da və ya 30-də baş tutacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi yetirmələri ilk matçını səfərdə keçirəcək.


Paylaş: