
"Avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir"
Rəqibin zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var.
Sportlife.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Mütəxəssis komandasının bu raundda qarşılaşacağı Yunanıstanın “Aris” klubunu təhlil edəcəklərini söyləyib: “Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir. Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə başlamaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Hələ vaxtımız var”.
Qeyd edək ki, oyunlar iyulun 24-də və 31-də keçiriləcək.