
Kontedən xüsusi tapşırıq
"Napoli" "Nottingem"in yarımmüdafiəçisi Kallum Hadson-Odoini transfer etməyə hazırlaşır.
Sportlife.az xəbər verir ki, komandanın baş məşqçisi Antonio Konte ingiltərəli futbolçunu komandasında görmək istəyir.
Mütəxəssis "Çelsi"də birlikdə çalışdığı oyunçu ilə bağlı kluba xüsusi tapşırıq verib.
Qeyd edək ki, Hadson Odoinin qiyməti 25 milyon avrodur.