"4 gün əvvəl “Qarabağ”a qarşı ağır oyun keçirmişdik"
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Ruslan Abışov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– 4 gün əvvəl “Qarabağ”a qarşı ağır oyun keçirmişdik. Bu gün də heyətdə böyük dəyişikliklər etmədik. Hava şəraitinin də oyuna təsiri oldu. Lakin vacib olan qələbə qazanmağımızdır. Bir ay sonra cavab oyunu olacaq. İndi növbəti matça hazırlaşmalıyıq.
– Avrokuboklara vəsiqə qazanmaq üçün kuboku, yoxsa çempionatı uyğun yol kimi görürsünüz?
– Hamı istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Ona görə 2 yarışda da yaxşı nəticə istəyirik.