AFFA Zaqatalanı Premyer Liqaya qaytarır: Baş məşqçi kim olacaq?
Növbəti mövsüm Premyer Liqada iştirak edəcək komandalardan biri də məlum olub.
Sportlife.az xəbər verir ki, bu "Zaqatala"dı. Əldə etdiyimiz özəl məlumata görə, şimallılar bununla bağlı AFFA-dan xoş xəbər alıb.
Əyalət təmsilçisi əvvəlki kimi iddialı komanda olacaq. Buna görə də, ilk öncə komandanı irəli apara biləcək gücdə bir mütəxəssisə ehtiyac duyulur. Hal-hazırda axtarışlar davam edir. Bir neçə məşqçi ilə danışıqlar aparılıb, lakin razılıq əldə olunmayıb.
Rəhbərlik bu işdə səhv etmək istəmir. Xeyiri məsləhətləşərək, 100 ölçüb, bir biçdikdən sonra qərar verməkdə görürlər.